Rövnəq Abdullayev: “Kral öldü, yaşasın yeni kral”

Xəbərlər
2 Aprel 2024 10:14
514
Rövnəq Abdullayev: “Kral öldü, yaşasın yeni kral”

“Bu gün yeni namizədləri seçəcəyik”.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün keçirilən Hesabat-Seçki Konfransında deyib.

O, öncə illik hesabatın veriləcəyini ardınca qərarlar qəbul olunacağını bildirib: "AFFA-nın kollektivinə, bütün futbol ictimaiyyətinə, futbol ailəsinə minnətdarlığımı bildirirəm. Bu dövr ərzində bir yerdə çalışdığımız üçün hamısına “çox sağ ol” deyirəm. Hamınız ürəkdən çalışdız. Haqqınızı halal edin. Çox şükür ki, indi futbola, kluba azarkeşlik edə, rahat baxa bilərəm. Yoxsa azarkeşlik edib bir kluba əl çalmaq da olmazdı. O neytrallıq həmişə məni sıxırdı ki, klublara yox, yalnız milliyə azarkeşlik edə bilərdim. Necə deyərlər, kral öldü, yaşasın yeni kral. Başlayaq seçkiyə”.

Banuçiçək Hüseynli
İdman.biz