Rövnəq Abdullayev açıq elan edəcək, Sərxan Hacıyev hesabat verəcək

Xəbərlər
1 Aprel 2024 15:29
381
Rövnəq Abdullayev açıq elan edəcək, Sərxan Hacıyev hesabat verəcək

AFFA-nın növbəti Konfransının gündəliyi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Sabah keçiriləcək tədbir AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən açıq elan ediləcək. Ardınca Konfransın tərkibi yoxlanıldıqdan sonra qurumun baş katibi Sərxan Hacıyevin hesabat xarakterli məruzəsi dinləniləcək.

Tədbir Maliyyə Hesabatlarının açıqlanması və müstəqil auditorun hesabatı ilə davam etdiriləcək. Konfransın sonunda AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilər baş tutacaq.

Qeyd edək ki, aprelin 2-də “Bulvar Marriott Hotel”də keçiriləcək tədbir saat 10:00-da başlayacaq.

İdman.biz