Rıza Çalımbay Azərbaycandan ZƏNG GÖZLƏYİR

Xəbərlər
22 Mart 2024 10:48
517
Rıza Çalımbay Azərbaycandan ZƏNG GÖZLƏYİR

"Azərbaycan millisinin baş məşqçi postu üçün adımın çəkildiyini eşitmişəm. Amma rəsmi təklif olmayıb".

İdman.biz xəbər verir ki, bunu Türkiyə mətbuatına müsahibəsində Rza Çalımbay deyib.

Son olaraq "Beşiktaş" klubunu çalışdıran 61 yaşlı mütəxəssis Azərbaycan millisindən təklif gözlədiyini gizlətməyib. O, hətta buna müsbət cavab verəcəyini də vurğulayıb: "Hətta 1-2 günə mənə zəng edəcəklərini gözləyirəm. Bu, baş verərsə Azərbaycan millisini çalışdırmağa isti yanaşıram".

Qeyd edək ki, Çalımbay karyerasında heç vaxt milli komandada işləməyib. O, vətənində "Göztəpə", "Dənizlispor", "Ankaragücü", "Çaykur Rizespor", "Beşiktaş", "Ankaraspor", "Əskişəhərspor", "Sivasspor", "Mersin İdmanyurdu", "Kasımpaşa", "Antalyaspor", "Trabzonspor" və "Konyaspor"u çalışdırıb.

İdman.biz

Məqalədə: