Andrey Lunyov papaqdan nə çıxarıb?

Xəbərlər
19 Mart 2024 16:55
Andrey Lunyov papaqdan nə çıxarıb?

“Rusiya millisinə çağırıldığım üçün gözəl hisslər keçirirəm. Hər şey möhtəşəmdir”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.

32 yaşlı qolkiper düşərgəsində olduğu Rusiya millisinə qayıdışı barədə danışıb: “Yığmanın qapıçılar briqadası üçün çox darıxmışdım. Qolkiperlər öz aralarında daha çox danışır. Ailə, həyat və başqa hər şey barədə söhbət edirik. Sonuncu dəfə əlcəkləri korlamadan necə yumaq olmağı barədə danışmışıq”.

Lunyov millinin hansı oyunçusunun qapıda dayana biləcəyi barədə sualı da cavablandırıb: “Aydın məsələdir ki, mənim yerimdə qapıda dayana biləcək sahə oyunçularından biri Artyom Dzyubadır. Onun qapıçılıq bacarıqları kifayət qədər yüksək səviyyədədir”.

Andrey “99” nömrəni daşımasına da aydınlıq gətirib: “Ufa”dan “Zenit”ə gələndə bir neçə seçim imkanı var idi. Onlardan 5-6-sını seçdik, kağıza yazdıq və papağın içinə atdıq. Qarışdırdıqdan sonra papaqdan çıxardım və “99” çıxdı. Bu, xoşuma gəldi”.

Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.

İdman.biz