Təbriz Həsənov: “Qarabağ” Azərbaycan çempionatında Almaniya komandasıdır” - VİDEO

Müsahibə
16 Mart 2024 13:58
321
Təbriz Həsənov: “Qarabağ” Azərbaycan çempionatında Almaniya komandasıdır” - VİDEO

"Qarabağ" Avropa Liqasını başıuca tərk etdi".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan "Qarabağ"ın sabiq futbolçusu Təbriz Həsənov deyib.

57 yaşlı mütəxəssis "Qarabağ"ın bu mövsüm Avropa Liqasında çıxışını şərh edib. O bildirib ki, Azərbaycan çempionun inamlı oyunu ölkə futboluna böyük təkan verəcək: "Digər komandalar da artıq düşünəcəklər. Futbolumuzda da yeni dönəm başlayacaq. AFFA-ya gələcək yeni prezidentin öz planları olacaq. Mənə elə gəlir ki, "Qarabağ"a yaxınlaşmaq istəyən, onların yolunu getmək istəyən daha 2-3 klubumuz olacaq. Bunu etmək lazımdır. Ağdam klubu bunu bacarırsa, digərləri də edə bilərlər. Klublarımızın büdcələri arasında elə də böyük fərq yoxdur. İşləri düzgün aparıb, o səviyyəyə çatdırmaq lazımdır. Çox yaxşı olar ki, biz Avropada 1 yox, 2-3 klub ilə mübarizə aparaq".

Həsənov Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun komandasında motivasiya baxımından çətinliklər olacağını da vurğulayıb: "Avropa Liqası "Qarabağ"ı çox irəli aparırdı. Azərbaycan çempionatında onlar böyük fərq yaradıblar. Ola bilər ki, bundan sonra Qurban Qurbanov az oynayanlara daha çox şans versin. Əksi də mümkündür. Xal fərqinə görə işləri rahatdır. "Qarabağ" Azərbaycan çempionatında Almaniya komandası kimidir. Rəqibə baxmır, nə qədər bacarırsa qol vurur. O əslində yaxşıdır. Gərək hər bir matça yüksək səviyyədə çıxasan. Qarşındakı rəqibə yazığın gəlməməlidir".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında 1/8 final mərhələsində "Bayer"ə 2 oyunun cəmində 5:4 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Emin Ağa
İdman.biz