Azərbaycan çempionatları tarixində 63-cü - Krunoslav Renduliç

Xəbərlər
11 Mart 2024 10:36
136
Azərbaycan çempionatları tarixində 63-cü - Krunoslav Renduliç

Azərbaycan Premyer Liqasının XXVI turu Krunoslav Renduliçin ölkə çempionatlarında debütü ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, xorvatiyalı mütəxəssis “Sabah”ı “Qəbələ” ilə ev matçına çıxarıb. Onun yetirmələri bu oyunda 2:1 hesablı qələbə qazanıblar.

Renduliç Azərbaycan çempionatları tarixinə 63-cü legioner baş məşqçi kimi düşüb. “Bank Respublika Arena”da keçirilən görüşə qədər 62 əcnəbi mütəxəssis baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını Premyer Liqa matçına çıxarıb.

Renduliç ölkə çempionatlarının 3-cü xorvatiyalı baş məşqçisidir. Ona qədər Stepan Çordaş “Şüvəlan”da, Jelko Sopiç “Sabah”da çalışıb. Bakı klubunun 4-cü legioner baş məşqçisi olan Renduliç, digər xorvatiyalı Jelko Sopiçdən başqa, komandaya Visente Qomeslə Murad Musayev də rəhbərlik edib.

İdman.biz