“Qarabağ”ı gözləyən 13,2 milyon avro

Xəbərlər
7 Mart 2024 13:03
“Qarabağ”ı gözləyən 13,2 milyon avro

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qarşıdakı oyunlarında qazana biləcəyi mükafatın məbləğ bəlli olub.

İdman.biz xəbər verir ki, bu gün “Bayer”lə 1/8 finalın ilk oyununa çıxacaq Qurban Qurbanovun komandası mərhələ adlasa, 1,8 milyon avro əldə edəcək.

UEFA Avropa Liqasının 1/4 finalçılarının hər birinə bu məbləğdə mükafat verəcək. “Qarabağ” – “Bayer” cütündə mərhələ adlayacaq komanda da büdcəsini 1,8 milyon zənginləşcirrəcək.

Növbəti mərhələlərdə isə mükafatın məbləği getdikcə artacaq. Turnirin qalibi bundan sonra 13,2 milyon avro qazanacaq. Hazırda mübarizəni davam etdirən 16 komandanın hər biri bu məbləğə sahib çıxmağa çalışacaq.

1/4 finala vəsiqə - 1,8 milyon avro
Yarımfinala vəsiqə - 2,8 milyon avro
Finala vəsiqə - 4,6 milyon avro
Qalib – 4 milyon avro

Qeyd edək ki, “Qarabağ” 1/8 finala yüksəldiyi üçün 1,2 milyon avro qazanıb.

İdman.biz