5863 günlük AFFA prezidenti

Xəbərlər
1 Mart 2024 17:55
534
5863 günlük AFFA prezidenti

AFFA-nın prezidenti Rövnəq Abdullayev bu vəzifədə 5863 gün çalışmış olacaq.

İdman.biz xəbər verir ki, assosiasiyanın indiki rəhbərinin bu postdakı səlahiyyətləri aprelin 2-də yekunlaşacaq.

Abdullayev həmin gün keçiriləcək AFFA-nın Növbəti Hesabat-Seçki Konfransında namizədliyini irəli sürməyəcək. Bununla da onun quruma 16 illik rəhbərliyi sona çatacaq.

AFFA-nın indiki prezidenti 2008-ci il martın 14-dən bu postu tutur. O, 2012-ci il martın 9-da ikinci, 2016-cı il martın 11-də üçüncü, 2020-ci il yanvarın 28-də isə dördüncü – sonuncu dəfə bu vəzifəyə seçilib.

Qeyd edək ki, Abdullayev AFFA-nın tarixində 3-cü prezidentidir. Onadək Fuad Musayev (1992-2003) və Ramiz Mirzəyev (2003-07) quruma rəhbərlik edib.

İdman.biz