Azərbaycan Avropanın “Top-11”də – TƏHLİL

Təhlil
23 Fevral 2024 17:13
250
Azərbaycan Avropanın “Top-11”də – TƏHLİL

Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsi başa çatdıqdan sonra avrokubokların 1/8 finalçılarının tam tərkibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, artıq bu mərhələnin ilk oyunlarına yekun vurulduğu Çempionlar Liqası da daxil olmaqla üç turnirin kuboku uğrunda mübarizəni 48 komanda davam etdirir.

UEFA-ya üzv olan 55 ölkədən 54-nün qatıldığı mövsümdə yalnız 19 assosiasiyanın təmsilçiləri kuboklara iddiasını qoruyur. 35 ölkə üçün isə mövsüm artıq başa çatıb.

Yoluna davam edən “19-luq”da Azərbaycan da var. Ölkəmiz Avropa Liqasında “Qarabağ”la təmsil olunur.

Bu 19 ölkədən səkkizi üçüncü dərəcəli turnir olan Konfrans Liqasına ümidlidir. Qitənin ən güclü 2 turnirində təmsilçisi qalanların sayı isə 11-dir. Azərbaycan da bu köklü turnirlərin iştirakçıları sırasında olan “Top-11”dədir. Çempionlar Liqasında isə yalnız 8 ölkənin komandaları qalıb.

Çempionlar Liqasında isə İspaniya təmsilçiləri üstünlük təşkil edir – 4 klub. Bütün komandaları yoluna davam edən İtaliya 7 klubu kuboklar üçün mübarizə aparır. Yalnız üç ölkə - İtaliya, İngiltərə və Fransa hər üç turnirdə kuboka iddiasını qoruyur.

yer

Ölkələr

ÇL

AL

KL

Cəmi

1

İspaniya

4

1

0

5

2

İtaliya

3

3

1

7

3

Almaniya

3

2

0

5

4

İngiltərə

2

3

1

6

5

Portuqaliya

1

2

0

3

6

Fransa

1

1

1

3

7

Niderland

1

0

1

2

8

Danimarka

1

0

0

1

9

Çexiya

0

2

1

3

10-11

Şotlandiya

0

1

0

1

Azərbaycan

0

1

0

1

12-14

Belçika

0

0

2

2

İsrail

0

0

2

2

Yunanıstan

0

0

2

2

15-19

Türkiyə

0

0

1

1

İsveçrə

0

0

1

1

Avstriya

0

0

1

1

Norveç

0

0

1

1

Xorvatiya

0

0

1

1

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: