“Sumqayıt” Ekvadordan futbolçu gətirir

Xəbərlər
19 Fevral 2024 17:10
163
“Sumqayıt” Ekvadordan futbolçu gətirir

“Sumqayıt” heyətinə yeni futbolçu qatacaq.

İdman.biz xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Cordan Rezabala ilə müqavilə imzalaycaq.

24 yaşlı ekvadorlu yarımmüdafiiəçinin son klubu “Aukas” olub. Cordan bunadək vətənində “İndependente”, “Olmedo”, “Manta”, “Quayakil”, Meksikada “Tixuana”, “Dorados” klublarında forma geyinib.

Qeyd edək ki, tam adı Cordan Lenin Rezabala Anzules olan futbolçu Ekvadorun U-17, U-20 və U-23 yığmalarında oynayıb.

İdman.biz

Məqalədə: