Dioqo Jotanın 20 nömrəli forması əbədiləşdirilib - VİDEO

Xəbərlər
3 İyul 2025 23:50
73
Dioqo Jotanın 20 nömrəli forması əbədiləşdirilib - VİDEO

“Liverpul” bu avtoqəzada dünyasını dəyişən Dioqo Jotanın nömrəsinin dövriyyədən çıxarıb.

İdman.biz xəbər verir ki, bu barədə "qırmızlar"ın rəsmi saytı açıqlama yayıb.

Jotanın geyindiyi 20 nömrəli forma bundan sonra heç bir futbolçuya verilməyəcək. Klubun açıqlamasında belə deyilib: "20 rəqəmi Jotanın apreldə "Kop" tribunası qarşısında etdiyi hərəkət və vurduğu qol Mersisayd derbisində qələbəni təmin etdi. "Liverpul"un 2024/25 mövsümündə - klubun 20-ci titulunu qazanmasında onun rolu haqlı olaraq xatırlanacaq. Bu, həm də onun son qolu idi".

Qeyd edək ki, Jota bu gün İspaniyada baş verən avtomobil qəzasında 28 yaşında həlak olub. Onunla birlikdə avtomobildə olan 26 yaşlı qardaşı Andre də həyatını itirib.

İdman.biz