Zubirə Avropanın üç klubu elçi düşüb

Xəbərlər
19 Fevral 2024 10:57
1 894
Zubirə Avropanın üç klubu elçi düşüb

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Avropa klublarının maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, Fransa mətbuatı 33 yaşlı yarımmüdafiəçi ilə üç klubun maraqlandığını iddia edir.

Avropa Liqasının “Braqa” ilə Portuqaliyada keçirilən matçında vurduğu 2 qolla həftənin oyunçusu seçilən legioner aparıcı futbol liqalarında çıxış edən klubların diqqət mərkəzini çəkib. Almaniyanın “Auqsburq” və Şotlandiyanın "Seltik” klubları fransalı futbolçunu heyətinə qatmağı nəzərdən keçirir. Fransanın adı açıqlanmayan klubu da Zubirlə ciddi maraqlanır. Bu komandalar yayda müqaviləsi başa çatacaq futbolçunu azad agent kimi əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Zubir 2018-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a keçib.

İdman.biz

Məqalədə: