Madridin “Real” futbol klubunun rəhbərliyi “Mançester Siti”nin hücumçusu Erlinq Holandın transferi ilə bağlı danışıqlara başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
Norveçli futbolçu hücum xəttini gücləndirmək üçün “Real”ın uzunmüddətli transfer planlarında əsas hədəflərdən biri olaraq qalır.
Qeyd edək ki, Holand cari mövsümdə 14 oyunda meydana çıxıb və 14 qol vurub.
Əlavə edək ki, Holandın transferi qarşısındakı əsas maneə onun “Mançester Siti” ilə qüvvədə olan müqaviləsidir. 26 yaşlı norveçli hücumçu 2025-ci ilin yanvarında İngiltərə klubu ilə 2034-cü ilin yayınadək yeni müqavilə imzalayıb. Bu isə onun transferi ilə bağlı mümkün danışıqları xeyli çətinləşdirir.
