“İmişli” və “Sumqayıt” arasında bir xallıq fərq: Yevlaxda kim sevinəcək?

8 Noyabr 2026 09:33
41
“İmişli” və “Sumqayıt” arasında bir xallıq fərq: Yevlaxda kim sevinəcək?

Azərbaycan Premyer Liqasının 11-ci, Peşəkar Futbol Liqasının qərarı ilə "Zəfər turu" adlanıdırılan tura bu gün yekun vurulur. Tur çərçivəsində “İmişli” və “Sumqayıt” futbol komandaları üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

Hazırda “İmişli” 10 oyundan topladığı 10 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Bir oyun az keçirən “Sumqayıt” isə doqquz xalla doqquzuncu yerdədir.

Qarşılaşmanın baş hakimi Əkbər Əhmədov olacaq. Ona Akif Əmirəli və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək.

VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Pərvin Talıbov təyin edilib. Görüşün hakim-inspektoru Əmrah İbrahimov, AFFA nümayəndəsi isə Azər Əsgərov olacaq.

Qeyd edək ki, “İmişli” əvvəlki turda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub. “Sumqayıt” isə “Şəfa” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz