Lionel Messinin Argentina millisində vida matçında maraqlı təsadüf yaşanıb.
İdman.Biz xəbər verir ki, Benin üzərində 3:0 hesablı qələbə ilə başa çatan qarşılaşmada Argentina millisinin bütün qollarını Messinin vaxtilə yığmada geyindiyi forma nömrələrini daşıyan futbolçular vurublar.
Nikolаs Otamendi 19 nömrəli forma ilə fərqlənib. Messi də Argentina millisində karyerasının ilk illərində məhz 19 nömrəli formanı geyinib.
İkinci qolu 18 nömrəli formanı daşıyan Aleksis Pas vurub. Messi milli komandada karyerasının başlanğıcında 18 nömrəli formanı da geyinib.
Üçüncü qolu isə kapitan özü vurub. Messi 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Beləliklə, argentinalının milli komandadakı vida matçında bütün qollar onun yığmada geyindiyi nömrələrlə bağlı olub.
Messi qarşılaşmadan sonra xatirə olaraq təkcə oyunda istifadə olunan topu deyil, həm də baş hakimin kartlarını götürüb. Bu detal isə onun Argentina millisindəki karyerasına qırmızı vərəqə ilə başlamasına işarə kimi qiymətləndirilib.
