Futbol üzrə Kanada millisinin hücumçu Conatan Devid icarə əsasında “Yuventus”dan “Atletiko”ya(Madrid) keçib.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Tərəflər futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Devid Madrid klubuna satınalma şərti ilə icarəyə veriləcək.
Razılaşmanın əsas şərtlərindən biri də futbolçunun maaşı ilə bağlıdır. “Yuventus” 26 yaşlı hücumçunun əməkhaqqının yarısını ödəməyə davam edəcək. Devidin illik maaşının təxminən 11 milyon avro olduğu bildirilir.
Devid ötən yay “Yuventus”a azad agent kimi keçib. Lakin İtaliya klubunda ilk mövsümündə gözləntiləri doğrulda bilməyib və A Seriyasında cəmi səkkiz qol vurub.
“Atletiko”da onun transferi hücum xəttini gücləndirmək məqsədi daşıyır. Madrid klubunun argentinalı hücumçu Xulian Alvaresin mümkün gedişi ilə bağlı vəziyyəti də nəzərə aldığı bildirilir.
