“Bavariya” 17 yaşlı yarımmüdafiəçisini Belçika klubuna satdı

27 Avqust 2026 13:16
76
“Bavariya” 17 yaşlı yarımmüdafiəçisini Belçika klubuna satdı

Almaniyanın “Bavariya” futbol klubu 17 yaşlı yarımmüdafiəçi Visdom Maykı Belçikanın “Brügge” klubuna satıb.

İdman.Biz xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

“Visdom Mayk “Bavariya”dan Belçikanın çempionu “Brügge”yə keçir. 17 yaşlı vinger 2022-ci ilin yayında Mönhenqladbax “Borussiya”sının akademiyasından “Bavariya”ya qoşulmuşdu”, - klubun açıqlamasında bildirilib.

Mayk 2025/2026 mövsümündə Almaniya Bundesliqasında “Bavariya”nın heyətində dörd oyunda meydana çıxıb. O, həmçinin Çempionlar Liqasında 1 matçda iştirak edib. Futbolçu bu görüşlərdə məhsuldar fəaliyyətlə yadda qalmayıb.

Qeyd edək ki, “Transfermarkt” portalı almaniyalı futbolçunun bazar dəyərini 5 milyon avro qiymətləndirir.

İdman.Biz
Məqalədə: