“Tvente”nin futbolçusu: “Mərhələni keçmək mümkündür”

22 Avqust 2026 13:16
79
“Tvente”nin futbolçusu: “Mərhələni keçmək mümkündür”

“Tvente”nin futbolçusu Daan Rots UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu öncəsi nikbin danışıb.

İdman.Biz xəbər verir ki, niderlandlı futbolçu ESPN-ə açıqlamasında ilk görüşdəki 0:1 hesablı məğlubiyyəti dəyərləndirib.

Rots cavab matçında mərhələni keçmək üçün şanslarının qaldığını bildirib:

“Düşünürəm ki, indi bir az məyusluq var. Amma paltardəyişmə otağında da dedik ki, hesab cəmi 0:1-dir. Gələn həftəki oyuna başımızı dik tutaraq getməliyik”.

O, xüsusilə ikinci hissədə komandasının üstün oyun nümayiş etdirdiyini vurğulayıb:

“Məncə, ikinci hissənin böyük hissəsini onların meydanında oynadıq. Hər şey həmişə istədiyimiz səviyyədə alınmasa da, oyunda üstünlük qura və imkanlar yarada bildiyimizi kifayət qədər göstərdik”.

Rots Bakıdakı cavab qarşılaşmasında mübarizədən qalib ayrılaraq mərhələni keçə biləcəklərinə inandığını deyib:

“Onlar qol vurdular, amma biz də təxminən həmin məsafədən üç dəfə qapıya zərbə endirdik. Onlar qol vurdular, biz isə yox. Düşünürəm ki, bunu bacarmaq mümkündür”.

Qeyd edək ki, “Qarabağ” - “Tvente” cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.

İdman.Biz