“Barselona” “Əl-Əhli”ni məğlub edərək Joan Qamper Kubokunu qazandı - VİDEO

20 Avqust 2026 01:23
103
“Barselona” “Əl-Əhli”ni məğlub edərək Joan Qamper Kubokunu qazandı - VİDEO

İspaniyanın “Barselona” futbol komandası Joan Qamper Kubokunun qalibi olub.

İdman.Biz xəbər verir ki, Hansi Flikin komandası “Spotify Camp Nou” stadionunda keçirilən görüşdə Misirin “Əl-Əhli” klubunu 2:1 hesabı ilə məğlub edib.

“Barselona”nın heyətində qolları 29-cu dəqiqədə Selim və 45-ci dəqiqədə penaltidən Rafinya vurublar. “Əl-Əhli”nin yeganə qoluna isə 51-ci dəqiqədə Zizo imza atıb.

Bu qarşılaşma həm də “Barselona”nın 2026/27 mövsümü öncəsi azarkeşləri qarşısında rəsmi təqdimatı ilə yadda qalıb.

İdman.Biz