Bundesliqanın transfer xərcləri bəlli oldu: Siyahıya “Bavariya” başçılıq edir

18 Avqust 2026 18:29
70
Bundesliqanın transfer xərcləri bəlli oldu: Siyahıya “Bavariya” başçılıq edir

Futbol üzrə Almaniya Bundesliqasında 2026/27 mövsümünün yay transfer pəncərəsində ən çox xərc çəkən klubların siyahısı açıqlanıb.

İdman.Biz xəbər verir ki, “Transfermarkt” portalının avqustun 4-nə olan məlumatına görə, xərclər üzrə liderliyi “Bavariya” ələ keçirib.

Münhen təmsilçisi heyətinə qatdığı 3 yeni futbolçu üçün ümumilikdə 103,5 milyon avro xərcləyərək 100 milyonluq həddi keçən yeganə klub olub.

Siyahının ikinci pilləsində sürpriz şəkildə “Hoffenhaym” qərarlaşıb. Klub yeddi yeni transfer üçün 66,2 milyon avro xərcləyib. İlk üçlüyü isə 4 futbolçuya 60,5 milyon avro xərcləyən "Borussiya Dortmund" tamamlayır.

Ən çox xərc çəkən ilk 10 klub:

"Bavariya" – 3 transfer | 103,5 mln. avro

"Hoffenhaym" – 7 transfer | 66,2 mln. avro

"Borussiya Dortmund" – 4 transfer | 60,5 mln. avro

"Bayer Leverkuzen" – 5 transfer | 50 mln. avro

"RasenBallsport Leypziq" – 4 transfer | 45,5 mln. avro

"Frayburq" – 4 transfer | 36 mln. avro

"Ayntraxt Frankfurt" – 5 transfer | 30,3 mln. avro

"Ştutqart" – 4 transfer | 30 mln. avro

"Köln" – 8 transfer | 23,7 mln. avro

"Borussiya Münhenqladbah" – 9 transfer | 12,5 mln. avro

İdman.Biz