Seneqal futbol millisinin yeni baş məşqçisi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Seneqal Futbol Federasiyasının Fövqəladə Komitəsi Patrik Vieyranın yığmanın baş məşqçisi təyin olunmasını təsdiqləyib.
50 yaşlı fransalı mütəxəssisin federasiya ilə dörd illik müqavilə imzalayacağı bildirilir. Vieyra bu postda 2026-cı il dünya çempionatından sonra vəzifəsindən ayrılan Pape Tiaunu əvəzləyəcək.
Patrik Vieyra futbolçu kimi Fransa millisinin heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub. O, məşqçilik karyerası ərzində “Nyu-York Siti”, “Nitsa”, “Kristal Pelas”, “Strasbur” və “Genoa” kimi klublara rəhbərlik edib.
Qeyd edək ki, Vieyranın avqustun 18-də keçirilməsi nəzərdə tutulan rəsmi təqdimat mərasimi təxirə salınıb.
