Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat alıb

14 Avqust 2026 23:15
153
Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat alıb

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Rakuv" (Polşa) – "Hayduk" (Xorvatiya) matçını idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq. VAR-da Piter Benks (İngiltərə) və İnqilab Məmmədov çalışacaqlar.

"Rakuv" – "Hayduk" görüşü avqustun 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki. "Rakuv"un heyətində Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.

İdman.Biz