İngiltərənin “Mançester Siti” futbol komandasının aparıcı oyunçusu Fil Foden klubu ilə yeni müqavilə imzalamağa yaxındır. Tərəflər arasında əməkdaşlığın 2030-cu ilin yayına qədər uzadılması barədə prinsipial razılıq əldə olunub.
İdman.Biz xəbər verir ki, yeni sözləşməyə əsasən, Fil Foden müqavilə müddətini daha bir mövsüm artırmaq variantına da sahib olacaq.
Xatırladaq ki, Fil Foden cari mövsümdə İngiltərə Premyerliqasında sərgilədiyi oyunla komandasının uğurlarında mühüm pay sahibi olub.
