Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov rəsmi olaraq vəzifəsini tərk edib.
İdman.Biz xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Keçmişdə Kiyev "Dinamo"su və London "Tottenhem"inin sabiq hücumçusu olan Rebrov 2023-cü ildən etibarən Ukrayna yığmasına rəhbərlik edirdi.
Qeyd edək ki, Ukrayna milli komandası ABŞ-də keçiriləcək 2026-cı il dünya çempionatına vəsiqəni təmin edə bilməyib.
