“Barselona”nın futbolçusu əməliyyat olunub

Xəbərlər
3 Yanvar 2024 17:00
129
“Barselona”nın futbolçusu əməliyyat olunub

"Barselona"nın müdafiəçisi Markos Alonso əməliyyat olunub.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 2023-cü il dekabrın əvvəlində bel nahiyəsindən zədələnən müdafiəçinin əməliyyatı uğurlu alınıb. Alonsonun martda meydana qayıtması gözlənilir.

Qeyd edək ki, Markos Kataloniya klubunun heyətində 44 oyuna çıxıb. O, bu matçlarda 3 qolla yadda qalıb.

İdman.biz