AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək

2 Aprel 2026 12:26
193
AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək

“AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar təqdim edəcək”.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, bunu qurumun baş katibinin müşaviri Elçin Məmmədov “Eyeball” şirkəti ilə müqavilə imzalanma mərasimindən sonra mətbuat konfransında bildirib.

“Klublar AFFA tərəfindən keçirilən liqalarda oynayırlar. İzləmələr üçün kameralar alınacaq və klublara veriləcək. Bu, klublara imkan verəcək ki, öz oyunçularını izləyə bilsinlər. Bu kameralar əsasən U-15, U-16 və Yüksək Qızlar Liqasında istifadə olunacaq”, - deyə o söyləyib.

E.Məmmədov müqavilə müddəti ilə bağlı da məlumat verib:

“Eyeball”la müqavilənin müddəti 2 illik nəzərdə tutulub. Son bir neçə ayda bir neçə şirkətlə danışıqlar aparırdıq. Çalışırdıq ki, klublarda oyunçular üçün Avropaya qapı açaq. Düşünürəm ki, bu, futbolçularımız üçün bir şansdır. Bu səbəbdən “Eyeball”la müqavilə imzaladıq. Ümid edirəm ki, əməkdaşlığımız uğurlu olacaq”.

Qeyd edək ki, müqaviləyə əsasən, “Eyeball” şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq olunacaq.

İdman.Biz