“İnter”də yeni müqavilə

Xəbərlər
30 Dekabr 2023 15:58
121
“İnter”də yeni müqavilə

“İnter” müdafiəçisi Federiko Dimarko ilə yeni müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, İtaliya təmsilçisi 26 yaşlı futbolçu ilə razılaşmanı 2026/2027-ci mövsümünün sonunadək uzadıb.

50 milyon avro transfer qiyməti olan Federiko “İnter” akademiyasının yetirməsidir.

Qeyd edək ki, bu mövsüm A Seriyasında 15 matçda iştirak edən Dimarko 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “İnter” 18 turdan sonra 45 xalla turnir cədvəlinə liderlik edir.

İdman.biz

Məqalədə: