Dünya futbolunun əfsanəsi Lionel Messi karyerasında növbəti möhtəşəm yubileyə yaxınlaşıb. Argentinalı hücumçu “Di Si Yunayted”ə qarşı keçirilən son qarşılaşmada rəqib qapısına yol taparaq qollarının sayını 899-a çatdırıb.
İdman.Biz xəbər verir ki, ulduz futbolçunun bu qolu onun peşəkar karyerasındakı ümumi göstəricilərini daha da yaxşılaşdırıb. Messinin vurduğu qolların 784-ü klub səviyyəsində, 115-i isə Argentina milli komandasının heyətində qeydə alınıb.
Hazırda 900 qol həddinə çatmasına cəmi bir top qalan 38 yaşlı futbolçu, bu nəticə ilə futbol tarixinin ən məhsuldar oyunçularından biri kimi mövqeyini daha da möhkəmləndirib.
