Yüksək Qızlar Liqasının daha iki oyunu FIFA+ TV-də

31 Yanvar 2026 13:00
117
Yüksək Qızlar Liqasının daha iki oyunu FIFA+ TV-də

AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

İdman.Biz xəbər verir ki, 14-cü tur çərçivəsində fevralın 1-də keçiriləcək “Şəfa” – “Sumqayıt” (14:00) və “Zaqatala” – “Dirçəliş” (14:30) görüşü platformada göstəriləcək.

Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:

“Şəfa” – “Sumqayıt” “Zaqatala” – “Dirçəliş”

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

İdman.Biz