ABŞ səfirliyi “Qarabağ”ı tarixi uğur münasibətilə təbrik edib

29 Yanvar 2026 15:49
100
ABŞ səfirliyi “Qarabağ”ı tarixi uğur münasibətilə təbrik edib

ABŞ-nin Azərbaycandakı səfirliyi “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi ilə bağlı paylaşım edib.

İdman.Biz xəbər verir ki, səfirlik təbrik mesajında bu nailiyyətin Azərbaycan futbolu tarixində ilk dəfə qeydə alındığını vurğulayıb.

Bildirilib ki, əldə olunan uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqi yekunudur. Paylaşımda, həmçinin ABŞ-nin iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşdığı xatırladılaraq, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq gücünə malik olduğu qeyd olunub.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsini uğurla başa vuraraq pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

İdman.Biz
Məqalədə: