“Liverpul” “Qarabağ”la oyuna yaxşı hazırlaşıb.
İdman.Biz xəbər verir ki, bunu klubun baş məşqçisi Arne Slot deyib.
Mütəxəssis evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.
“Çempionlar Liqasının əsas mərhələsini ilk “dördlük”də bitirməyi planlaşdırırıq. “Qarabağ”a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. “Bornmut”a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim”, - Slot deyib.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
