"Qarabağ"ın rəqibi iddialı görüntü paylaşdı - VİDEO

Xəbərlər
21 Yanvar 2026 11:46
58
"Qarabağ"ın rəqibi iddialı görüntü paylaşdı - VİDEO

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, “Ayntraxt” komandası oyundan qabaq iddialı bir görüntü paylaşıb.

Paylaşımda bildirilir ki, Bakı onlar üçün yad məkan deyil:

"Burada əvvəllər də olmuşuq və bu dəfə eyni məkana fərqli missiya ilə qayıdırıq. Klub dəyişməyib, amma heyət yenidir, bacarıq eynidir, lakin onu nümayiş etdirən oyunçular başqadır. Şərait yenə tanışdır və məqsəd də dəyişməyib – missiyanı sona qədər yerinə yetirmək".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

“Qarabağ” hazırda yeddi xalla 25-ci pillədə qərarlaşıb. “Ayntraxt” isə dörd xalla 33-cü sıradadır.

İdman.Biz
Məqalədə: