Seneqallılar Fransa şəhərlərinin küçələrinə çıxdılar - VİDEO

Xəbərlər
19 Yanvar 2026 12:52
33
Seneqallılar Fransa şəhərlərinin küçələrinə çıxdılar - VİDEO

Seneqallı futbol fanatları Afrika Millətlər Kubokunun finalından sonra Fransanın bəzi şəhərlərində küçələrə çıxaraq qələbəni qeyd ediblər.

İdman.Biz xəbər verir ki, hazırda Fransada böyük seneqallı diaspora var.

Diqqətçəkən məqam isə seneqallılarla yanaşı, əlcəzairlilərin də küçələrə çıxması olub. Onlar Seneqal bayraqları ilə yürüş edərək "Əlcəzair və Seneqal xalqları qardaşdılar" şüarını səsləndiriblər.

Qeyd olunur ki, bəzi yerlərdə ictimai asayişin pozulması halları da müşayiət edilib.

Məlumat üçün əlavə edək ki, Mərakeşdə keçirilən futbol üzrə Afrika Millətlər Kubokunun final matçında Seneqal əlavə vaxtda Mərakeşi 1:0 hesabı ilə məğlub edərək Afrika Millətlər Kubokunun qalibi olub.

İdman.Biz