Seneqal millisinin baş məşqçisi ilə jurnalistlər arasında qalmaqal - VİDEO

Xəbərlər
19 Yanvar 2026 10:51
41
Seneqal millisinin baş məşqçisi ilə jurnalistlər arasında qalmaqal - VİDEO

Afrika Millətlər Kubokunun final oyunundan sonra Seneqal millisinin baş məşqçisi Pap Tiyav ilə jurnalistlər arasında qalmaqal yaşanıb.

İdman.Biz xəbər verir ki, qalmaqal jurnalistlər üçün təşkil edilən mətbuat zalında da yaşanıb.

Belə ki, bir qrup jurnalist Seneqal millisinin baş məşqçisinə etiraz edəndən sonra Pap Tiyavaya mətbuat zalını tərk edib. Nəticədə oyundan sonrakı mətbuat konfransı ləğv edilib.

Məlumat üçün əlavə edək ki, Afrika Millətlər Kubokunun final oyunu qalmaqalla yadda qalıb. Seneqal millisinin baş məşqçisi Pap Tiyav Mərakeşlə qarşılaşmanın 90+8-ci dəqiqəsində qapılarına təyin olunan penaltiyə kəskin etiraz edib. Narazılıq səbəbindən o, komandasını meydandan çıxarıb.

İdman.Biz