“Barselona” müvəqqəti olaraq prezidentsiz qalacaq

Xəbərlər
16 Yanvar 2026 17:00
41
“Barselona” müvəqqəti olaraq prezidentsiz qalacaq

İspaniyanın “Barselona” klubu yaxın vaxtlarda müvəqqəti idarəetmə mərhələsinə keçəcək.

İdman.Biz xəbər verir ki, klubun hazırkı prezidenti Joan Laporta rəsmi olaraq prezident seçkisi kampaniyasının başladığını elan edildikdən sonra vəzifəsindən müvəqqəti kənara çəkilməyi planlaşdırır.

Məqsəd seçki kampaniyasına tam diqqət ayırmaqdır. Eyni addımı digər namizədlərin də atacağı gözlənilir.

Məlumata görə, bu dövr ərzində “Barselona”nın idarəçiliyi vitse-prezidentin və ən azı beş direktorun üzərinə düşəcək. Bu, klubun idarə olunması üçün tələb olunan minimum altı nəfərlik rəhbər heyətin qorunması məqsədi daşıyır.

Qeyd olunur ki, “Barselona”da prezident seçkilərinin 15 və ya 22 mart tarixlərində keçirilməsi nəzərdə tutulur. Seçkilərin dəqiq tarixi yaxın günlərdə rəsmən açıqlanmalıdır.

İdman.Biz
Məqalədə: