Almaniyalı hücumçu Timo Vernerin ABŞ-nin MLS çempionatına keçidi yaxınlaşır.
İdman.Biz xəbər verir ki, 29 yaşlı futbolçu yaxın vaxtlarda “San Xose Ertkuveyks”in oyunçusu olacaq.
Bu mövsüm cəmi 14 dəqiqə meydanda olan Verner üçün Avropada perspektivlərin azalması bu qərarı sürətləndirib.
Qeyd edək ki, Verner cəmi dörd il əvvəl İngiltərənin “Çelsi” klubu ilə UEFA Çempionlar Liqasını qazanıb. Karyerasının həmin zirvə nöqtəsindən sonra Almaniyaya qayıdan hücumçu gözlənilən stabil performansı göstərə bilməyib.
