Roy Kin: “Liverpul” ciddi geriləmə yaşayır"

Xəbərlər
9 Yanvar 2026 10:20
57
Roy Kin: “Liverpul” ciddi geriləmə yaşayır"

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Liverpul”un bu mövsüm İngiltərə Premyer Liqasındakı çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki,R.Kinin açıqlamasını “Daily Mail” dərc edib.

Arne Slotun rəhbərlik etdiyi komanda 21 oyundan sonra 35 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

“Mersisaydlılar”ın lider “Arsenal”dan geri qalması isə 14 xaldır.

R.Kin bildirib ki, böyük klublarda çempionluq qazandıqdan sonra əsas meyar növbəti mövsümdə görülən işlərdir.

Onun sözlərinə görə, “Liverpul” əvvəlki çempionluq mövsümündən sonra da ciddi geriləmə yaşamışdı və buna zədələr, heyətdə dəyişikliklər təsir edib.

Roy Kin hazırkı xal fərqini ciddi eniş kimi qiymətləndirərək, komandanın çempion statusuna uyğun yetərincə səy göstərmədiyini vurğulayıb.

İdman.Biz
Məqalədə: