“Neftçi” qış təlim-məşq toplanışına başlayıb - FOTO

Xəbərlər
6 Yanvar 2026 16:04
67
“Neftçi” qış təlim-məşq toplanışına başlayıb - FOTO

“Neftçi” qış təlim-məşq toplanışına başlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Neftçi” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, yanvarın 4-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşən komandamızın üzvləri dünən axşam paytaxt Əbu-Dabidə ilk məşqə çıxıblar.

“Ağ-qaralar” hazırlığı bu gün səhər baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında davam etdirib. Növbəti məşq bu axşam baş tutacaq.

Qeyd edək ki, “Neftçi” burada 3 yoxlama oyunu keçirəcək. Komandamız yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. Toplanış yanvarın 17-dək davam edəcək.

İdman.Biz