“Sabah” klubu özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib - VİDEO

Xəbərlər
6 Yanvar 2026 13:05
86
“Sabah” klubu özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib - VİDEO

“Sabah” klubu futbolçu Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.

“Bayquşlar”ın Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağladığı müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

22 yaşlı yarımmüdafiəçi ilə yeni, 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvarından “Sabah”ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.

İdman.Biz