İdman.Biz xəbər verir ki, "Sportinfo TV"də yayımlanan "Sözüm var"ın yeni buraxılışı efirə gedib.
Bu dəfə müəllif Xanoğlan İmanovun qonağı Xorvatiyanın "Varajdin" klubunda legioner həyatı yaşayan millimizin üzvü Rüfət Abdullazadə olub.
24 yaşlı yarımmüdafiəçi futbola gəlişindən bu günə qədər olan dövr barədə ətraflı danışıb.
O, "Sumqayıt"da oynadığı zaman baş məşqçi Samir Abasovla arasında yaşananlara aydınlıq gətirib.
Şahin Diniyevin karyerasındakı rolundan söz açıb.
Uzun müddət milli komandaya niyə çağırılmamasına da toxunan vinger Xorvatiya təmsilçisi "Varajdin"ə keçidi və orada başına gələnlərdən, gördüklərindən danışıb.
