Qış təlim-məşq toplanışı çərçivəsində “Qarabağ” Türkiyədə Özbəkistanın "Neftçi" komandası ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun komandası yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə Bakı vaxtı ilə 18:00-da üz-üzə gələcək. Bəs oyun canlı yayımlanacaqmı? Klubun kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev offsideplus.az saytına açıqlamasında bunun texniki imkanlardan asılı olduğunu deyib:
"Texniki imkanlara görə qərar verəcəyik. Qarşıdakı günlərdə tam aydınlıq gələcək".
Qeyd edək ki, Ağdam təmsilçisinin hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da baş tutacaq. “Qarabağ” yanvarın 16-da Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.
