İspaniyalı aktrisa və futbolçu İskonun həyat yoldaşı Sara Salamo süni intellekt tərəfindən mənəvi istismara məruz qalması ilə bağlı açıq etiraz edib.
İdman.Biz xəbər verir ki, o, İlon Maskın yaratdığı "Grok" neyroşəbəkəsi ilə bağlı narazılığını dilə gətirən ilk tanınmış simalardan biri olub.
Salamonun sözlərinə görə, hazırda süni intellekt vasitəsilə insanların razılığı olmadan onların seksual məqsədlər üçün istifadəsi adi hala çevrilir.
Aktrisa qeyd edib ki, məsələ texnologiyanın özündə deyil, ondan sui-istifadə edən güc və nəzarət mexanizmlərindədir.
Onun bu mövqeyi sosial şəbəkələrdə geniş rezonans doğurub.
Bir neçə gün əvvəl “X” platformasında “Grok epidemiyası” adlandırılan yeni tendensiya yayılmağa başlayıb.
İstifadəçilər bir çox cazibədar qadın paylaşımının altında "Grok"u işarələyərək süni şəkildə yaradılmış bikini fotoları tələb ediblər.
Bu vəziyyət süni intellektin etik çərçivədə istifadəsi mövzusunda narahatlıqları yenidən gündəmə gətirib.
