Pablo Fornals La Liqada yarımmüdafiəçilər arasında liderdir

Xəbərlər
30 Dekabr 2025 18:15
36
Pablo Fornals La Liqada yarımmüdafiəçilər arasında liderdir

“Betis” futbol klubunun futbolçusu Pablo Fornals mövsümün ən məhsuldar yarımmüdafiəçisinə çevrilib.

Belə ki, bu mövsüm La Liqada heç bir yarımmüdafiəçi Pablo Fornalsdan daha çox qol və məhsuldar ötürmə ilə fərqlənməyib.

İdman.Biz xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

İspan futbolçu çempionatda dörd qol və dörd qol ötürməsini aktivinə yazdırıb. O, eyni zamanda proqressiv ötürmələr və müdafiəni yarıb keçən paslar üzrə üçüncü pillədə qərarlaşıb.. Bu göstəricilər onun komandasının hücum oyununda əsas fiqurlardan biri olduğunu sübut edir.

Məlumat üçün qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi transfer olduğu ilk gündən “Betis”in oyun quruculuğunda və hücumların təşkilində mühüm rol oynayır, mütəmadi olaraq əsas heyətdə yer alır.

İdman.Biz
Məqalədə: