İspaniyanın “Betis” klubunun yarımmüdafiəçisi İsko topuq nahiyəsindən əməliyyat keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Belə ki, ispaniyalı futbolçu noyabrın 27-də keçirilən və Niderlandın “Utrext” klubuna qarşı baş tutan oyunun birinci hissəsinin əvvəlində zədələnib.
İlkin mərhələdə yarımmüdafiəçi konservativ müalicə alıb. Lakin sağalma prosesini sürətləndirmək məqsədilə tibbi heyət oyunçu ilə birgə zədələnmiş nahiyədə oynaq üzərində cərrahi müdaxilə aparmaq qərarına gəlib.
Qeyd olunur ki, İsko azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.
