“Bavariya” iki futbolçusu ilə müqaviləni uzadacaq

Xəbərlər
29 Dekabr 2025 05:20
35
“Bavariya” iki futbolçusu ilə müqaviləni uzadacaq

Almaniyanın “Bavariya” klubu vinger Serj Qnabri və müdafiəçi Konrad Laymerlə müqavilələri uzatmağı planlaşdırır.

İdman.Biz “Sky Sport Germany” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi hər iki futbolçu ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır və onları komandanın vacib üzvləri hesab olunur.

Qnabri 2018-ci ildən “Bavariya”da çıxış edir və onun mövcud müqaviləsi mövsümün sonunda başa çatır. Yeni razılaşmanın 2028-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilir.

Laymerin hazırkı müqaviləsi isə 2027-ci ilin yayına qədər qüvvədədir və onunla əməkdaşlığın 2029-cu ilə qədər uzadılması gözlənilir.

Hazırda “Bavariya” Almaniya Bundesliqasının turnir cədvəlinə başçılıq edir. Komanda 15 oyunda topladığı 41 xalla birinci pillədədir və ikinci yerdə olan komandadan 9 xal öndədir.

İdman.Biz