İspaniyanın “Real Madrid” komandasında baş məşqçinin qarşılaşdığı problemlərin səbəbi konkret olaraq Xabi Alonsonun fəaliyyəti ilə bağlı deyil, klubda illərdir tətbiq olunan idarəetmə modeli ilə əlaqəlidir.
İdman.Biz xəbər verir ki, “Marca” nəşrinin təhlilinə görə, Florentino Peres tərəfindən qurulmuş bu idarəetmə sistemi məşqçilərə əvvəlcədən etibar etməyən, onları prezidentlə futbolçular arasında yalnız aralıq həlqə kimi qəbul edən bir modeldir.
Məqalədə bildirilir ki, bu patriarxal model nəticələr baxımından özünü doğruldub və klub tarixində yeddi Çempionlar Liqası qələbəsi qazandıraraq effektivliyini sübut edib. Məhz buna görə də məşqçilərin “Real”da yaşadığı çətinliklər təsadüfi deyil, sistemin təbii nəticəsidir.
Nəşrin yazdığına görə, “Real Madrid”də baş məşqçi postunun daim yüksək təzyiq altında olması və tez-tez tənqid hədəfinə çevrilməsi istisna hal yox, klubun strukturundan qaynaqlanan bir qanunauyğunluqdur.
