Sabiq italiyalı müdafiəçi xorvatiyalı futbolçunun Ronaldu və Messidən üstün olduğunu bildirib

Xəbərlər
27 Dekabr 2025 09:50
48
Sabiq italiyalı müdafiəçi xorvatiyalı futbolçunun Ronaldu və Messidən üstün olduğunu bildirib

“Milan”, “Roma” və İtaliya millisinin sabiq müdafiəçisi Alessandro Florensi karyerası ərzində üzləşdiyi ən çətin rəqibin adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, 34 yaşlı keçmiş cinah müdafiəçinin fikirlərini İtaliya mətbuatı dərc edib.

Alessandro Florensi etiraf edib ki, xorvatiyalı futbolçu İvan Perişiçə qarşı oynamaq ulduz futbolçular Kriştianu Ronaldu və Lionel Messiyə qarşı mübarizədən belə daha çətin olub.

“Mən Ronaldu və Messiyə qarşı oynamışam – onlar böyük hörmətim var. Amma ən çox əziyyət çəkdiyim başqa bir futbolçu olub – Perişiçdən danışıram. O, sağa da gedə bilirdi, sola da – onun üçün fərqi yox idi. Və o, heç vaxt dayanmırdı. Bu, əsl kabus idi”, – deyə yayda karyerasını başa vuran futbolçu vurğulayıb.

Məlumat üçün əlavə edək ki, İvan Perişiç İtaliyada “İnter”in formasını geyinib. Hazırda 36 yaşlı xorvat futbolçu Niderlandın PSV klubunun şərəfini qoruyur.

İdman.Biz