Afrika gücü özünü göstərdi

Xəbərlər
25 Dekabr 2025 13:22
33
Afrika gücü özünü göstərdi

“Mançester Yunayted”in futbolçuları Amad Diallo və Brayan Mbemo Afrika Kubokunda debüt oyunlarının ən yaxşısı seçilib.

İdman.Biz xəbər verir ki, Diallonun vurduğu qol Kot-d’İvuar yığmasına Mozambik millisi üzərində qələbə qazandırıb və o, matçın ən yaxşı futbolçusu seçilib.

Digər tərəfdən, Kamerun millisinin üzvü Brayan Mbemo da Qabon yığması ilə oyunda fərqlənib. “Mançester Yunayted”in yarımmüdafiəçisi həmin görüşdə məhsuldar ötürmə verərək komandasının qələbəsində pay sahibi olub və o da oyunun ən yaxşısı adına layiq görülüb.

Beləliklə, “Mançester Yunayted”in iki futbolçusu Afrika Kubokundakı ilk oyunlarında millilərinin uğurunda əsas fiqurlardan biri kimi ön plana çıxıblar.

İdman.Biz