Yusif İmanov: “Bizim vəzifəmiz isə bu ənənəni qoruyub saxlamaqdı”

Xəbərlər
22 Dekabr 2025 14:49
37
Yusif İmanov: “Bizim vəzifəmiz isə bu ənənəni qoruyub saxlamaqdı”

“Həftə boyu oyuna çox ciddi hazırlaşmışdıq. Çox təəssüf məşqlərdə elədiklərimizi oyunda icra edə bilmədik”.

Bu sözləri “Kəpəz”in qapıçısı Yusif İmanov deyib.

23 yaşlı qolkiper Misli Premyer Liqasının 16-cı turu çərçivəsində “Turan Tovuz”a məğlub olduqları oyunu haqda fikirlərini bölüşüb.

“Düşünmürəm ki, rəqib bizdən daha üstün oyun sərgilədi. Sadəcə, buraxdığımız şanssız qollar və hücumda passiv olmağımız oyunumuza çox təsir etdi. Performansım oyundan oyuna yüksəlir. Məşqlərdə çox çalışıram. Qış fasiləsindən sonra tam formada olacağıma inanıram. “Kəpəz” həmişə yüksək yerlər uğrunda mübarizə aparan komanda olub. Bizim vəzifəmiz isə bu ənənəni qoruyub saxlamaqdı. Gəncə şəhəri ən yüksək pillələrə layiqdi. Elitada nəinki qalmaq, yüksək pillələr üçün mübarizə aparacağıq. Buna qadirik”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Kəpəz” “Turan Tovuz” qarşılaşması meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

İdman.Biz