“Mançester Yunayted”in ev stadionu olan “Old Trafford”da AVRO-2028 çərçivəsində keçiriləcək matçları qəbul etməyəcək.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.
Bildirilir ki, arena hazırda çox bərbad vəziyyətdədir: dam örtüyü su buraxır, stadionun bəzi hissələri dağılır, ərazidə hətta siçovulların olduğu qeyd olunur.
Bu səbəbdən Mançesterdə təşkil olunacaq bütün Avropa çempionatı oyunlarının “Etihad” stadionunda(“Mançester Siti”nin ev oyunlarını keçirdiyi arena – red.) keçirilməsi planlaşdırılır.
